Audit istə
Rəqəmsal platformalar üçün gəlir modulları

Platformanız üçün yeni gəlir mənbəyi. Ən geci 5 həftəyə hazır.

Artim Labs mövcud platformalar üçün əlavə modullar qurur: qrup sifarişləri, ödənişli tariflər, B2B sifarişlər, ödənişli lidlər. Əsas məhsulunuza toxunmadan və komandanızı yayındırmadan, 2–5 həftəyə.

2–5həftəyə işə salınma
Demomüqavilədən əvvəl
20%yalnız moduldan gələn mənfəətdən
Sizin platforma
+ Qrup sifarişi modulu
Ayda sifariş100
Orta çek200 ₼
Platformanın komissiyası7%
Yeni gəlir / ay1 400 ₼

Nümunə hesablama. Proqnoz deyil: real rəqəmləri auditdə sizin məlumatlarınızla hesablayırıq.

Niyə əlavə modul

Ən ucuz gəlir artıq sizə gələn istifadəçilərdədir

CAC

Yeni müştəri cəlb etmək bahadır

Mövcud istifadəçilərə yeni dəyər satmaq reklam büdcəsindən qat-qat ucuz başa gəlir.

ROADMAP

Komandanız əsas məhsulla məşğuldur

Modulu ayrıca qururuq və API ilə qoşuruq. Sizin inkişaf planınız dəyişmir.

RISK

Risk əvvəlcədən ölçülür

Əvvəlcə demo, sonra müqavilə. Partnyor modelində bizim gəlirimiz də nəticədən asılıdır.

Modul kataloqu

Hər modulun öz gəlir mexanizmi var

Bunlar tez işə düşən hazır ssenarilərdir. Hər biri sizin platformanın məntiqinə və dizaynına uyğunlaşdırılır.

Restoran platformaları

Qrup və banket sifarişləri

Qonaq sayı, büdcə və tarix üzrə hazır menyu paketləri. Restoran təsdiqləyir, platforma komissiya alır.

Sifarişdən 5–10% komissiya
Elan saytları

Peşəkar satıcı paneli

Bütün müraciətlər, statuslar və xatırlatmalar bir paneldə. Mağazalara ayrıca ödənişli tarif kimi satılır.

Aylıq abunə
POS və SaaS

B2B təkrar sifariş

Topdan alıcılar üçün fərdi kataloq və əvvəlki sifarişi bir kliklə təkrarlamaq imkanı.

Əlavə tarif, 49–99 ₼/ay
Restoran və ofislər

Korporativ nahar

Ofis işçi sayını və büdcəni seçir, restoranlar hazır nahar dəstləri təklif edir.

Qrup sifarişindən komissiya
Marketpleys və xidmətlər

Ödənişli lidlər

Alıcı sorğu yerləşdirir, satıcılar həmin sorğuya təklif göndərmək üçün ödəyir.

Hər liddən ödəniş
Hədiyyə, idman, xidmət

Korporativ abunəliklər

Şirkətlər üçün təkrarlanan paketlər. Bir müqavilə, hər ay gələn sifariş.

Abunə və paket satışı

Sizin platforma üçün hansı modulun uyğun olduğunu pulsuz auditdə müəyyən edirik.

Əməkdaşlıq modelləri

Modulu birdəfəlik alın, ya da riski bizimlə bölüşün

Hansı modelin uyğun olduğunu auditdən sonra birlikdə seçirik. Hər iki halda həcm, müddət və qəbul meyarları müqavilədə yazılır.

Sabit qiymət

$3 000-danModul tam sizin olur
  • Kod və bütün hüquqlar sizə keçir
  • Ödəniş mərhələlərlə: 40% / 40% / 20%
  • İşə salınmadan sonra 30 gün pulsuz dəstək
  • Sonrakı inkişaf ayrıca razılaşma ilə

Öz texniki komandası olan və modulu sonra özü inkişaf etdirmək istəyən platformalar üçün.

Risk bölüşülür

Partnyor modeli

Kiçik start + 20%Başlanğıc ödənişi sabit qiymətin təxminən 40%-i
  • Başlanğıc xərci 2–2,5 dəfə aşağı
  • 20% yalnız modulun xalis mənfəətindən
  • Dəstək, düzəlişlər və təkmilləşdirmə daxildir
  • Hər ay şəffaf gəlir hesabatı
  • 24 ay müddət, istənilən vaxt modulu satın almaq hüququ

Tez başlamaq və nəticəyə görə ödəmək istəyən platformalar üçün.

Nümunə Modul ayda 3 000 ₼ xalis mənfəət gətirir Sizə: 2 400 ₼ Artim Labs: 600 ₼
Necə işləyirik

Pul ödəməzdən əvvəl modulu görürsünüz

  1. Audit

    Platformanı və auditoriyanı öyrənir, 2–3 modul ideyasını gəlir hesablaması ilə təqdim edirik.

    Pulsuz · 3 gün
  2. İnteraktiv demo

    Seçilmiş modulun sizin interfeysdə necə görünəcəyini göstəririk.

    5 iş günü
  3. Müqavilə

    Həcm, qəbul meyarları, inteqrasiyalar, kod hüquqları və ödəniş mərhələləri yazılı şəkildə.

    40% avans
  4. Hazırlama

    Modulu ayrıca qurur, API ilə qoşur və sizin mühitdə test edirik.

    2–5 həftə
  5. İşə salma və artım

    Qəbul, işə salma, ilk ayların göstəriciləri və təkmilləşdirmə.

    Partnyor modelində davamlı
Öhdəliklərimiz

Biznesinizə ehtiyatla yanaşırıq

Məxfilik ilk görüşdən

Məlumatlarınız və ideyalarınız NDA ilə qorunur.

Əsas sistemə toxunmuruq

Modul ayrıca xidmət kimi işləyir və istənilən vaxt söndürülə bilər.

Qəbul meyarları yazılıdır

İşin nə vaxt hazır sayıldığı müqavilədə əvvəlcədən göstərilir.

Şəffaf hesabat

Partnyor modelində gəlir və xərclər modulun öz panelində görünür.

Suallar

Tez-tez verilən suallar

Kod kimə məxsusdur?

Sabit modeldə kod və hüquqlar tam ödənişdən sonra sizə keçir. Partnyor modelində modul sizin platformada işləyir, kod hüquqları isə müqavilə müddəti bitdikdə və ya modulu satın aldıqda sizə keçir.

20% necə hesablanır?

Modulun gətirdiyi gəlirdən ödəniş komissiyaları və birbaşa xərclər çıxılır. Qalan xalis mənfəətin 20%-i hər ay hesabat əsasında ödənilir. Düstur müqavilədə yazılır.

Modul gəlir gətirməsə nə olur?

Partnyor modelində siz yalnız kiçik başlanğıc ödənişini etmiş olursunuz, biz isə faizdən heç nə qazanmırıq. Buna görə hər ideyanı auditdə rəqəmlərlə yoxlayırıq.

Bizim texnologiyamızla işləyəcəkmi?

Modul ayrıca veb-xidmət kimi qurulur və API, vidcet və ya ayrıca səhifə vasitəsilə qoşulur. Lazım olan girişlər auditdə razılaşdırılır.

Nə qədər tez başlaya bilərik?

Audit 3 gün, demo 5 iş günü çəkir. Müqavilədən sonra ilk işləyən versiya adətən 2–3 həftəyə hazır olur.

Əlaqə

Platformanız üçün modul tapaq

Saytınızın ünvanını göndərin. 3 iş günü ərzində 2–3 modul ideyasını gəlir hesablaması ilə qaytaracağıq.

E-poçthello@artimlabs.com
OfisBakı, Azərbaycan